“Çətin oyun oldu. Oyunun ilk dəqiqələrindən topa nəzarət edən tərəf olsaq da, “Qəbələ” sonradan üstünlüyü ələ aldı”.
Sportal.az xəbər verir ki, bu sözləri “Neftçi”nin prezidenti Kamran Quliyev deyib. “Ağ-qaralar” Topaz Premyer Liqasının XVIII turunda “Qəbələ” üzərində qələbə qazanıb - 2:1. Qəbələdəki oyunu canlı izləyən klub rəsmisi oyundan sonra jurnalistlərin sullarını cavablandırıb. O, öncə matç haqda danışıb:
- Gözlənilmədən qol buraxdıq. Elə bir epziodda qol buraxdıq ki, oyunun gedişatına əks olan bir şey idi. Ondan sonra komanda özünü toparladı. Yəqin ki, baş məşqçimiz fasilədə oyunçulara yaxşı motivasiya verib. Əsas odu ki, 3 xal qazandıq. Avrokuboklara şanslarımızı davam etdiririk, komanda ümidlənir.
- Ümumiyyətlə, bu nəticəni gözləyirdiniz?
- Gözləyirdim. Çünki komanda son həftələrdə özünə gəlir. Bu, mənim gəlişimlə bağlı deyil. Bilirsiniz ki, qışda problemlər olub, indi isə hər şey qaydasına düşmək üzrədi.
- “Neftçi”nin əvvəlki günlərini qaytaracağına ümid etmək olar?
- Əlbəttə, biz ümidlənmişik. Çətin rəqib üzərində qələbə qazandıq. Hesab edirəm ki, bu, “Neftçi”nin 60-70 faizidi. Fikrimcə, daha yaxşı oynaya bilərik.
- Oyun başa çatdıqdan sonra paltardəyişmə otağına yollandınız. Deyəsən, komandaya yaxşı mükafat vəd verdiniz.
- Uşaqları təbrik etdim. Bundan başqa, onlar mənə görə yox, qələbəyə görə sevinirdilər. Əlbəttə, qələbəyə görə mükafat verilməsi vacibdi. Lakin bundan daha vacibi komanda daxilindəki ab-havadı. Məncə, yavaş-yavaş hər şey yaxşı olacaq.
- “Neftçi” ilk hissədən sonra hesabda geridə idi. Sizin fikrinizcə, nə çatışmırdı?
- Özünəinam. Ümumiyyətlə, hər bir futbolçu anlamalıdı ki, “Neftçi”nin şərəfini qoruyur. İstənilən rəqibə qarşı inamlı oyun sərgiləməliyilk. Düzdü, heyətimizdə nisbətən gənc oyunçular var və həyəcan hiss olunur. Amma belə qələbələr özünəinamı geri qaytaracaq.
- Nə vaxtsa avrokuboklar uğrunda “Sumqayıt”la mübarizə aparacağınızı gözləyirdiniz?
- 15 dəqiqədən sonra nələr olacağını bilmirəm. Deyə bilərəm ki, maraqlı mübarizə gedir.
saytlarin hazirlanmasi