Futbol üzrə Çernoqoriya çempionatında 22-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun bu qış transfer olunduğu “Deçiç” klubu səfərdə “Rudar”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Tural bu görüşün iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, “Deçiç” geridə qalan turlarda cəmi 16 xal toplayıb və 10 iştirakçı arasında sonuncudu.
saytlarin hazirlanmasi