Türkiyə TFF 1-ci liqasında 26-cı turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Samsunspor” doğma meydanda “Elazığspor”la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:0.
Ufuk bu görüşün iştirakçısı olmayıb. O, oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.
“Samsunspor” hazırda 32 xalla 18 klub arasında 13-cü pillədə qərarlaşıb.
Sonda onu da qeyd edək ki, sözügedən qarşılaşmanın izləyənlər arasında Azərbaycan yığmasının məşqçisi Elçin Rəhmanov da olub. O, Ufukun oyununu izləyib, millimizin baş məşqçisi Qurban Qurbanova məlumat verməliydi. Ancaq Budak qarşılaşmada şans qazanmayıb.
saytlarin hazirlanmasi