Ölməmək, əbədi qalmaq heç birimizin əlində deyil. Dünyanın bütün sakinləri bir gün ölümün dadını alacaq.
Florensiya bu gün susqundur. Bu şəhərin komandası – “Fiorentina”nın kapitanı Davide Astori ötən günlərdə ürək tutmasından dünyasını dəyişdi. Bu gün isə 31 yaşda gözlərini əbədi yuman oyunçu son mənzilə yola salındı.
Astori yaxşı futbolçu olmağı ilə yanaşı, örnək şəxs olub. İtaliyanın son zamanlar yetişdirdiyi yaxşı futbolçulardan biri hesab edilirdi. Davide Astori “Kalyari”də simvol hesab edilirdi. Daha sonra “Fiorentina”ya keçən müdafiəçi kapitanlığa qədər yüksələ bildi.
Yardım mələyi
Dünya futbolu təkcə yaxşı futbolçunu itirmədi. Həm də yaxşı bir insan aramızı tərk etdi. Tez-tez yardım kompaniyalarında iştirak edən Astori bu həyatda özündən az şansı olan insanlara kömək əli uzatmağı borc bilirdi.
Müasir futbolun tələblərinə uyğun idi
Bəlkə də fenomen futbolçu deyildi. Ancaq texniki və taktiki cəhətdən yaxşı idi. Solaxay stopper müasir futbola tam uyğun biri idi.
Karyerasında iki hədəfi var idi
Astorinin iki hədəfi var idi: İtaliya millisinə dəvət almaq və karyerasına “Fiorentina”da nöqtə qoymaq.
Xəyalını Çezare Prandelli gerçəkləşdirdi
2010-cu ildə İtaliya millisinin baş məşqçisi Çezare Prandelli Astorini Kot-d-İvuarla oyun üçün ilk dəfə yığmaya dəvət etdi. Bununla da müdafiəçinin xəyalları germəkləşmişdi. Bəs “Fiorentina” arzusu?
Azarkeşləri üzməmək üçün rədd etdi
Astori ötən mövsüm yaxşı təkliflər almışdı. Ancaq xəyalındakı komandaya xəyanət etməmək üçün klubda qaldı.
Futbolçu ötən mövsüm Avropa Liqasının qrup mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirilən görüşdə 90 dəqiqə meydanda olmuşdu.
"Fiorentina" ölümündən sonra Astori ilə ömürlük müqavilə imzalayıb. Müqaviləyə əsasən, onun maaşını 2 yaşlı qızı və xanımı alacaq.
"Kalyari" və "Fiorentina" Davide Astorinin şərəfinə 13 nömərli formanı əbədiləşdirib.
SPORTAL.AZ
saytlarin hazirlanmasi