Millimizin üzvü PSV-yə qarşı oynadı, komandası qalib gəldi

12:54 - 10 Mart 2018

Hollandiya Birinci Divizionunda 28-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Valveyk” doğma meydanda PSV-nin gənclərdən ibarət komandası ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 3:2.

 

Kökçü start heyətdə başladığı matçın 72-ci dəqiqəsində, hesab 2:2 olarkən əvəzlənib.

 

“Valveyk” hazırda 27 xalla 20 klub arasında 19-cu pillədə qərarlaşıb.

Xəbər xətti