İspaniya Sequndasında 30-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası “Alkorkon” doğma meydanda “Valyadolid”lə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Uzun müddət zədəli olan Eddi bu görüşün iştirakçısı olmayıb. Lakin o, qış fasiləsində transfer olunduğu yeni klubunda ilk dəfə matçın iştirak ərizəsinə daxil edilib və sonadək ehtiyatda qalıb.
“Alkorkon" geridə qalan turlarda 35 xal toplayıb və hazırda 22 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi