Ukrayna çempionatında 23-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" doğma meydanda “Çernomorets”lə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Paşayev qarşılaşmaya start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
"Aleksandriya" geridə qalan turlarda topladığı 24 xalla elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq klubları arasında 2-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi