"Neftçi" martın 14-də Topaz Premyer Liqanın 20-ci turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq.
Sportal.az xəbər verir ki, bu komandalar indiyədək 70 çempionat oyununda üz-üzə gəliblər. Bu görüşlərdən 18-də qələbə qazanana “Neftçi” 27 oyunda məğlub olub. 25 görüş isə heç-heçə yekunlaşıb. Top fərqi də “Qarabağ”ın xeyrinədir – 77:63.
Bu mövsümün ilk hissəsindəki oyunlara gəlincə, “Neftçi” hər iki görüşdə meydanı məğlub tərk edib. “Bakcell Arena”da 1:3, “Azərsun Arena”da isə 0:1 hesabı qeydə alınıb.
Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu “Bakcell Arena”da keçiriləcək və saat 18:00-da start götürəcək.
saytlarin hazirlanmasi