Türkiyə 1-ci liqasında 27-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Samsunspor” səfərdə “Qaziantepspor”la qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Ufuk start heyətdə başladığı matçın 66-cı dəqiqəsində əvəzlənib. Qarşılaşmadakı hər üç qol da məhz millimizin üzvü meydanı tərk etdikdən sonra vurulub.
“Samsunspor” hazırda 32 xalla 18 klub arasında 13-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi