Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində 21-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Rövlan Muradovla Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya”nın gənclərdən ibarət kollektivi səfərdə “Bohemians”la qarşılaşıb və 2:3 hesabıyla məğlub olub.
Nəbiyev bu oyunun iştirakçısı olmayıb. 90 dəqiqə şans qazanan Rövlan isə 1 qola imza atıb.
21 turdan sonra hesabında 29 xal olan “Slaviya” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi