Eratsız "Duysburq" məğlub oldu

11:52 - 12 Mart 2018

Almaniya 2-ci Bundesliqasında 26-cı turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu “Duysburq” doğma meydanda Düsseldorf “Fortuna”sı ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

 

Eratın adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

 

“Duysburq” geridə qalan turlarda topladığı 37 xalla 18 klub arasında 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti