Azərbaycan derbisində növbəti duel, Ukraynalıların qarşılaşması, "Zirə" "qara zolaq"dan çıxa biləcək?

12:19 - 12 Mart 2018

Bu həftə Topaz Premyer Liqasında 19-cu tur start götürəcək.
 

Sabah hesabat turunun bir oyunu baş tutacaq

 

“Keşlə” öz meydanında “Qəbələ”ni qəbul edəcək. İki ukraynalı mütəxəssis - Yuri Maksimovla Roman Qirqorçukun dueli maraqla gözlənilir. Ötən tur Gəncədə “Kəpəz”i məğlub edərək özünə gələn “Qəbələ” qələbənin ardını paytaxtda gətirməlidir. Çempionluq yolunda “Qarabağ”dan 10 xal geri düşən “qırmızı-qaralar”ın şansları xeyli azalıb. Şimal klubu bu matçda qalib gəlməklə “Qarabağ”ın da “Neftçi”yə büdərməsini gözləyəcək. “Kəpəz”in nəfəsini hiss edən və “Səbail”I qarabaqara izləyən “Keşlə” “Qəbələ”ni büdrətməyə çalışacaq. Qəsəbə təmsilçisinin baş məşqçisi Yuri Maksimov “Neftçi”yə səfərdə 2:3 hesabı ilə məğlub olduqları görüşdən sonra gedə biləcəyinə işarə vermişdi. Lakin komandanı bu matçda da meydana Yuri Maksimov çıxaraq. Ola bilər ki, bu görüş ukraynalı mütəxəssis üçün son olsun.

 

undefined

 

Günün ikinci oyun günündə 3 matç baş tutacaq. Paytaxtda “Zirə” debütant “Səbail”lə münasibətlərə aydınlıq gətirəcək. Qış fasiləsindən sonra keçirdiyi 5 oyundan sonra qələbəyə həsrət qalan “qartallar” qonaqları məğlub edərək “qara zolaq”dan qurtulmağa can atacaq. Lakin bu, elə də asan alınmayacaq. Çünki çempionata debüt mövsümdə rəng qatan “Səbail” bütün rəqibləriylə başabaş mübarizə aparır, çəkinmir. Samir Əliyevin kollektivi bu görüşdə də meydana xal və xallar üçün çıxacaq. “Zirə” isə ancaq qələbə haqda düşünməlidir. “Qəbələ” və “Qarabağ”dan xeyli aralı düşən Ayxan Abbasovun komandası ən yaxın izləyici “Sumqayıt”dan 1 xal öndədir. Bu görüşdə xal itkisi “Zirə”ni turnir cədvəlində 1 pillə də geri ata bilər.

 

 

Hesabat turu Azərbaycan derbisi ilə əlamətdar olacaq. “Bakcell Arena”da “Neftçi” “Qarabağ”I qəbul edəcək. Avrokubok şanslarını davam etdirən “Neftçi” son matçlarda inamlı çıxış edir. “Sumqayıt”dan geri düşmək istəməyən paytaxt təmsilçisi bu matçda Ağdam klubuna qalib gəlməlidir. Məğlubiyyət isə “ağ-qaralar” üçün böyük zərbə ola bilər. Çempionluğa doğru addım-addım irəliləyən “Qarabağ” isə bu görüşdə növbəti 3 xalı aktivinə yazdıraraq missiyasını tamamlamaq üçün növbəti uğurlu gedişini etmiş olacaq.

 

 

Tura Sumqayıtda yekun vurulacaq. Qış fasiləsindən sonra inamlı oyun nümayiş etdirən Samir Abasovun komandası autsayder “Kəpəz”I sınağa çəkəcək. Avrokuboklara vəsiqəni arzulayan “Sumqayıt” “Neftçi”ni 5 xal qabaqlayır və bu üstünülü qorumaqla yanaşı, turnir cədvəlində “Zirə”ni keçmək üçün qalib gəlməlidir. “Kəpəz”ə də qələbə hava-su kimi lazımdır. Turnir cədvəlinin zirməsində yer alan Gəncə klubu səfərdə qələbə qazanmaqla “Keşlə” ilə xal fərqini azaltmağa çalışacaq.

 

Xəbər xətti