Milli komandamızın sabiq üzvü Uğur Pamuk klubsuz qalıb.
Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Türkiyənin "Manisaspor" klubundan ayrılıb. Bu barədə birinci liqa təmsilçisinin prezidenti Gökay Budak məlumat verib.
Qeyd edək ki, ölkəmizdə “Xəzər Lənkəran” və “Sumqayıt”ın formalarını geyinmiş futbolçu millimizdə də 1 oyun keçirib. Pamuk 2016-cı ildə "Sumqayıt"dan ayrılaraq "Manisaspor"a keçmişdi. Lakin zədə ücbatından az şans qazanmışdı.
saytlarin hazirlanmasi