Bu gün Topaz Premyer Liqada 20-ci tura yekun vurulacaq.
Sportal.az xəbər verir ki, ikinci oyun günündə üç görüş keçiriləcək.
Günün ilk oyunu Zirədə keçiriləcək. Qış fasiləsindən sonra uğursuz çıxış edən "Zirə" debütant "Səbail"i qəbul edəcək.
Turun mərkəzi oyununda "Neftçi" "Qarabağ"la üz-üzə gələcək.
Turun son matçında "Sumqayıt" "Kəpəz"lə qarşılaşacaq.
17:00 “Zirə” – “Səbail” - 1:1
Qollar: Aleksandr Dedov, 17 - Nikoloz Apakidze, 54
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Rahil Ramazanov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Fazil Mürşüdov
Zirə İdman Kompleksinin stadionu
18:00 “Neftçi” – “Qarabağ” - 0:0
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Murad Məmmədov
“Bakcell Arena”
20:00 “Sumqayıt” – “Kəpəz” 2:1
Qollar: Bəhlul Mustafazadə, 72, Cavid İmamverdiyev, 89 - İqor Korotetski, 44
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Elşən Acalov, Ramil Diniyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Vüsal Əliyev
“Kapital Bank Arena”