Kipr Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” doğma meydanda Limassol “Apollon”u ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb.
Start heyətdə meydana çıxan Abdullayev 41-ci dəqiqədə əvəzlənib.
Bu iki komanda arasındakı cavab qarşılaşması aprelin 11-də keçiriləcək.
saytlarin hazirlanmasi