Almaniyanın Şimal-Şərq Regional Liqasında 26-cı turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindioyi “Dinamo” (Berlin) doğma meydanda “Auerbax” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Rüfət də matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan Dadaşov sonadək oynayıb. Komandasının qələbə qolunu da futbolçumuz vurub. O, 86-cı dəqiqədə matçda son nöqtəni qoymaqla komandasına əzmkar qələbə qazandırıb.
Bununla da, Rüfət cari mövsümdə vurduğu qolların sayını 20-yə çatdırıb.
Qeyd edək ki, "Dinamo" hazırda 43 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi