Türkiyə Super Liqasında 26-cı turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, millimizin hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” doğma meydanda “Akhisar”la üz-üzə gəlib və bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Dəniz qarşılaşmanın 68-ci dəqiqəsində meydana buraxılıb.
“Gənclərbirliyi” geridə qalan turlarda topladığı 27 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi