Azərbaycan milli komandasının üzvü Renat Dadaşov Almaniyanın “Ayntraxt” klubundan qovulub.
Sportal.az xəbər verir ki, intizamsızlıq edən hücumçuya qapı göstərilib. Daha öncə də etdiyi hərəkətlərə görə məşqçilərdən, rəhbərlikdən xəbərdarlıq alan futbolçuya bu dəfə güzəşt edilməyib. Frankfurt klubunun gənc futbolçular üzrə şöbə rəhbəri Armin Kraaz bildirib ki, Dadaşov komanda yoldaşına qarşı etdiyi hərəkətə görə heyətdən kənarlaşdırılıb:
“Onu nizam-intizama əməl etmədiyi üçün heyətdən qovduq. Dadaşov komandanın məşqlərinə buraxılmayacaq. Ona bir neçə dəfə şans vermişdik. Amma bundan sonra şans verməyəcəyik”.
Renat son məşqlərin birində paltardəyişmə otağında komanda yoldaşına ciddi xəsarət yetirib. Meydanda söz sahibi ola bilməyən hücumçu qolunun gücünü sınayıb. Bu azmış kimi, millimizin üzvü komandanın məşqçisi Uve Bindelvaldı təhqir etmişdi.
Əsas komandanın baş məşqçisi Niko Kovaç Renatın qovulmasına etiraz etməyib:
“Bundan xəbərdaram və qərara heç bir etirazım yoxdur”.
saytlarin hazirlanmasi