Araz Abdullayev: "Qurban Qurbanov daha sakit başa salır" MÜSAHİBƏ

17:53 - 22 Mart 2018

Milli komandamız sabah Belarusla yoxlama oyunu keçirəcək.

 

Sportal.az xəbər verir ki, yığmamızın futbolçusu Araz Abdullayev oyundan öncə  jurnalistlərin suallarını cavablandırıb. Abdullayev hazırlıq barədə danışıb:

 
- Çalışırıq ki, elə məşq edək ki, oyunda nə edəcəyimiz taktiki və texniki cəhətdən bilək. Komandada atmosfer yaxşıdır.
 
- Rəqib haqda fikirlərin necədir?
- Belarus yaxşı və layiqli rəqibdir. Çalışacağıq ki, gözəl oyun nümayiş etdirək.
 
- Kipr mətbuatında yayılan xəbərlərə görə, “Anortosis” səni “Qəbələ”dən birdəfəlik transfer etmək istəyir.
- Hazırda bütün fikrimi milliyə cəmləmişəm. Hazırda bu haqda düşünmürəm. Yığma ilə 2 yoxlama matçından sonra bu haqda nəsə danışmaq olar.
 
- Zədəni bərpa etdikdən sonra əvvəlki formanı qaytara bilmisən?
- Əlavə məşqlər də edirəm ki, düzəlim. Millinin yoxlama oyunlarından sonra da çalışmağa davam edəcəm ki, boşluğu aradan qaldırım.
 
- Kiprdə legioner həyatı yaşamaq sənə bir insan və futbolçu kimi nə verir?
- Legioner həyatı yaşayanda milliyə gələndə özgüvəmli olursan. Bundan əlavə istəyirəm ki, qollarımla, yaxşı oyunumla futbolsevərlərimizi qürurlandırım.
 
- Qurban Qurbanovun əvvəlki baş məşqçilərdən fərqləndirən xüsusiyyətləri nədir?
- Qruban müəllim daha sakit başa salır. Hər oyunçu ilə söhbət edir. Qurban Qurbanovla geniş tanışlığım yoxdu və ilk dəfə rəhbərliyi altında çıxış edirəm. Yaxından tanıdıqca hörmətim daha da artır.
 
- Qurban Qurbanov sənə legioner həyatı yaşamağını davam etdirməyi məsləhət etdi?
- Belə söhbət etməyib. Ancaq milliylə bağlı danışığımız olub.

Xəbər xətti