Milli komandamız sabah Belarusla yoxlama oyunu keçirəcək.
Sportal.az xəbər verir ki, yığmamızın futbolçusu Amil Yunanov oyundan öncə jurnalistlərin suallarını cavablandırıb. Yunanov milliyə dəvət alacağına inandığını bildirib:
- İnamım var idi ki, milliyə dəvət alım. Çünki çempionat oyunlarında yaxşı oyun sərgiləyirdim. Çalışacam ki, yaxşı oyun nümyiş etdirim və millidə davamlı olaraq qalım.
- Ramil Şeydayevlə Mahir Mədətov U-21 millisinin heyətində yer alıblar. Bunun sənin üçün yaxşı şans olduğunu söyləmək olar?
- Əlbəttə, milli hamı üçün şansdır. Bundan istifadə etməyə çalışacam. Çempionatda da yaxşı oyun sərgiləyib milliyə dəvət almaq istəyirəm.
- Rəqibimiz olan Belarus yığmasıyla bağlı düşüncən necədir?
- Çətin rəqibdirlər. Amma evdə oynadığımız üçün qələbə qazanmaq istəyirik.
- Rəqiblərimizdən hansı güclüdür: Belarus, yoxsa Makedoniya?
- Makedoniyanı daha üstün tuturam. Belarusun da oyunlarına baxmışıq. Hər iki komanda güclüdür və yaxşı kollektivləri var.
- Həyəcan millidə özünü göstərmək üçün sənə mane ola bilər?
- Həyəcan var və bunun olması normaldır. Çalışacam ki, həyəcanı yox edim və oyunlara köklənim.
saytlarin hazirlanmasi