Cənubi Afrikanın “Mamelodi Saundaunz” klubunda oynayan Xama Billiat yenidən "Qarabağ"ın transfer hədəfində yer alıb.
Sportal.az xəbər verir ki, 28 yaşlı hücumçu ilə "Qarabağ"la yanaşı, ABŞ-ın "Los-Anceles-Qalaksi" klubu da maraqlanır. CAR mətbuatında yayılan məlumata görə, MLS təmsilçisi Billiatın agenti ilə əlaqə saxlayıb və bu keçidlə bağlı müzakirə edib. Agent Billiata təkliflərin yağdığını, "Qarabağ"ın isə bir addım öndə olduğunu vurğulayıb.
Billiat universallığı ilə seçilir. O, hücumun cinahlarında və mərkəzində oynayır. Bununla yanaşı, Xamanın hər iki ayağı işləkdir.
Qeyd edək ki, 2013-cü ildən "Mamelodi Sandaunz"un formasını geyinən Xama Billiatın müqaviləsi mövsümün sonunda başa çatır. O, Zimbabve millisinin heyətində 26 oyunda 7 qola imza atıb.
saytlarin hazirlanmasi