"Ayntraxt"dan Renat Dadaşova "yaşıl işıq": yeni komanda axtara bilər

00:00 - 27 Mart 2018

İntizamsız hərəkətlərinə görə "Ayntraxt"dan uzaqlaşdırılan millimizin üzvü Renat Dadaşov yeni komanda axtarışına başlaya bilər.

 

Sportal.az xəbər verir ki, Frankfurt təmsilçisi gənc futbolçuya azad agent statusu verəcək. Belə ki, Ddaşovun agenti ilə "Ayntraxt"ın idman direktoru Fredi Bobiç arasında danışıqlar baş tutub. Razılaşmaya əsasən, hücumçunun yeni komanda axtarmasına icazə verilib. Hazırda Berlində qardaşı Rüfət Dadaşovla birlikdə qalan, fərdi məşqlərlə kifayətlənən futbolçu yaxın həftələrdə yerli komandalardan biri ilə müqavilə imzalayacaq.  

 

Bu arada, Renat "Ayntraxt"dan ayrıldıqdan sonra sosial şəbəkə həsabı ilə də vidalaşıb. O, uzun müddətdi istifadə etdiyi "instagram" hesabını dondurub.  

 

Qeyd edək ki, Renat komanda yoldaşını döydüyü və məşqçini ağır şəkildə təhqir etdiyi üçün "Ayntraxt"dan uzaqlaşdırılıb.

Xəbər xətti