Millimizə son dəqiqə şoku VİDEO

00:30 - 28 Mart 2018

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı komandamız bu dəfə səfərdə İrlandiya ilə qarşılaşıb. Meydan sahibləri 90+9-cu dəqiqədə vurduğu qolla yığmamızı məğlub edib.

 

Bu, Rəşad Sadıqovun rəhbərliyi ilə millimizin ikinci oyunu olub. Komandamız bundan əvvəl səfərdə Kosovoya 0:2 hesabı ilə uduzub. Bütövlükdə isə komandamız qrupda keçirdiyi 7 oyunda qələbəyə həsrətdi. 6 oyunda məğlub olan millimizin hesabında cəmi 1 heç-heçə var.

 

AÇ-nin seçmə mərhələsi

5-ci qrup

 

27 mart

22:30. İrlandiya - Azərbaycan - 1:0

Qol: Sviney, 90+9

Hakimlər: Filip Qlova, Peter Kovaç, Yan Pozor, Pavol Çmura (hamısı Slovakiya).

Dublin. Talla stadionu.

 

 

 

Xəbər xətti