AFFA-nın diqqətində olan futbolçu Hollandiya millisində debüt etdi, qol vurdu

15:37 - 28 Mart 2018

U-21 milli komandamızda çıxış edən Ozan Can Kökcünün "Feyenoord" klubunda çıxış edən qardaşı Orkun Kökcü Türkiyə, Hollandiya və Azərbaycan millilərində oynamaq varinatı var idi.

 

Sportal.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi artıq seçimini edib. Orkun Hollandiyanın U-19 yığmasında artıq debüt görüşünü keçirib. Ötən gün U-19 millilərinin seçmə mərhələ görüşündə Almaniya ilə matçda Kökcü meydana start heyətdə daxil olub. Orkun 50-ci dəqiqədə bərabərlik qolunu vursa da, qarşılaşmada Almaniya 4:1 hesablı qələbə qazanıb. Kökcü 85-ci dəqiqədə əvəzlənib.

Xəbər xətti