“Çalışmışam ki, hər zaman səmimi danışım. Qurban Qurbanov milliyə baş məşqçi təyin ediləndə aramızda belə söhbət baş verdi. Mənə bildirdi ki, istəyirəm ki, milliyə geri dönəsən. Yığmanın içində olmağımı istədi. Qurban müəllimə dəvətinə görə təşəkkür etdim və bildirim ki, qərarımı vermişəm və milli karyeramımı bitirdiyi dedim. 10 dəqiqəlik aramızda söhbət olmuşdu".
Sportal.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi, "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov deyib.
"CBC Sport" telekanalında yayımlanan "III hissə" verilişinin qonağı olan təcrübəli futbolçu milliyə qayıtması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. O, lazım olacağı halda milli karyerasını bərpa edəcəyini deyib: "Qurban Qurbanov açıqlamasında “Lazım gələrsə, Rəşad Sadıqov milliyə qayıdacaq” deyib. Mən daha öncə də vurğulamışam ki, əgər çətin vəziyyət yaransa, cəzalı, zədəli müdafiəçilər olsa, həmin an geri dönməyə hazıram. Normal formada olduğum zaman faydam dəyəcəksə, oynayaram. “Lazım olsa, mən həmişə hazıram” demişəm, indi də söyləyirəm. Lazım gəlsə, U-16 və U-17-də də işləyərəm. Ətrafımda məni tanıyanlar bilir ki, harda lazımamsa, gedib çalışacam. Bütün karyeramız ərzində məşqçi və futbolçu kimi belə olmuşuq. Hətta dost kimi də kimə lazımamsa, yanında olmuşam. Bu məsələ belə yerdədir. Yaxın vaxtlarda mən belə şeyin baş verəcəyini görmürəm. Bədavi Hüseynov bərpa müddəti keçir. İnşallah, tam sağalandan sonra, Qurban müəllimin əlində çoxlu variantlar olacaq və bu söhbətə də heç ehtiyac duyulmyacaq”.
Rəşad Sadıqov mövsümün sonunda karyerasını başa vurmaq niyyətində olmadığını sözlərinə əlavə edib: "Əvvəlcə də bildirmişdim ki, daha bir il oynamaq istəyirəm. Hansısa zədə olmasa, gələn mövsüm də meydanlarda olacam".
saytlarin hazirlanmasi