Hollandiya klubu millimizin üzvünü göndərəcək

13:13 - 30 Mart 2018

Hollandiya I Divizionunda çııxış edən "Valveyk" Azərbaycan U-21 millisinin üzvü Ozan Can Kökcüylə bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, "Valveyk" "Bursaspor"dan icarəyə götürdüyü futbolçunu mövsümün sonunda geri göndərəcək. "Valveyk" Kökcünün icarə müddətini uzatmaq niyyətində deyil və vinger Bursa təmsilçisinə geri dönəcək. Məlumatı Hollandiya mətbuatı yayıb.

 

Qeyd edək ki, "Valveyk" 19 yaşlı yarımmüdafiəçini qış fasiləsində 6 aylıq icarəyə götürüb.

Xəbər xətti