"Neftçi" hansı futbolçuları komandadan göndərəcək?

17:06 - 30 Mart 2018

"Neftçi" indidən yeni mövsümün planlarını cızır. Komanda heyətindən göndərəcək və edəcəyi transferləri müəyyənləşdirir.

 

Sportal.az-ın məlumatına görə, paytaxt klubu mövsümün sonunda bir neçə futbolçusuna qapını göstərəcək. Kampaz Mayk, Xaviyer "Qato" Qarsiya Fransisko, Kiril Petrov və Lukas Emanuel Qomeslə yollar ayrılacaq.

 

Bu futbolçuların əvəzinə "Neftçi" daha səviyyəli legioner almaq niyyətindədir.

Xəbər xətti