Cavid İmamverdiyev "Sumqayıt"dan ayrılır? - Samir Abasovdan "yaşıl işıq"

17:28 - 30 Mart 2018

Cavid İmamverdiyev karyerasının ən yaxşı dönəmlərindən birini yaşayır. 2014-cü ildə "Neftçi"dən Türkiyənin "Elazığspor" klubuna üz tutan yarımmüdafiəçinin performansında enmə yaşanmışdı. "Neftçi"yə geri dönüşündə isə Cavid əvvəlki performansı ortaya qoya bilmirdi.

 

Bu mövsümün əvvəlində karyerasında yeni səhifə açaraq "Sumqayıt"a üz tutan İmamverdiyev Samir Abasovun rəhbərliyi altında "dirildi". "Sumqayıt"ın aparıcı üzvünə çevrilən 27 yaşlı futbolçu milli komandamızın baş məşqçisi Qurban Qurbanovun da diqqətini çəkdi və uzun müddət sonra milliyə dəvət almağı bacardı.

 

Sportal.az saytının məlumatına görə, formasının pik nöqtəsində olan Cavidi yetirməsi olduğu "Neftçi" komandaya qaytarmaq niyyətindədir. Bununla bağlı ilk addımlar atılıb. Əldə etdiyimiz xəbərə görə, "Neftçi"nin təklifinə rədd cavabı verilməyəcək və İmamverdiyev paytaxt klubuna keçəcək. Hətta komandanın baş məşqçisi Samir Abasov da bu keçidə qarşı çıxmayacaq.

Xəbər xətti