Hollandiya I Divizionunda 32-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Valveyk” səfərdə “De Qraafşap”la qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Kökçü oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.
“Valveyk” hazırda 29 xalla 20 klub arasında 19-cu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi