Türkiyə Super Liqasında 27-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, millimizin hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” səfərdə “Yeni Malatyaspor”la üz-üzə gəlib və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:4.
Dəniz qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
“Gənclərbirliyi” geridə qalan turlarda topladığı 27 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi