Topaz Premyer Liqasının 21-ci turunda "Qarabağ" "Keşlə" ilə 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqov jurnalistlərə müsahibə verib. Təcrübəli müdafiəçi öncə oyun haqda danışıb:
- Öncə də bilirdi ki, oyun çətin keçəcək. “Keşlə” qış fasiləsindən sonra bütün rəqiblərinə ciddi müqavimət göstərmişdi. İki məğlubiyyətləri var idi, həmin yenilgilər də 90-cı dəqiqədə gəlmişdi. Həm də özümüz də uzun müddət idi ki, birgə deyildik. Futbolçular milli komandalarda idi. İlk hissə çox ağır keçdi. Demək olar ki, heç nə alınmırdı. Ancaq fasilədən sonra özümüzə gəldik. Öz oyunumuzu oynamağa başladıq. Yaxşı vaxtda qol vurduq, ancaq təəssüf ki, 2-ci dəfə fərqlənə bilmədik. Yenə də qol şanslarımız oldu, amma rəqib də təhlükəli əks-hücumlara çıxırdı. Azarkeşlər üçün amraqlı oyun oldu.
- Maksim Medvedev öncəki açıqlamalarında demişdi ki, bütün futbolçular “Qarabağ”la oyunda ikiqat istəkli oynayırlar ki, millinin baş məşqçisi olan Qurban Qurbanovun diqqətini çəkə bilsinlər. Bu matçda da göründü ki, “Keşlə” oyunçuları çox əzmkar mübarizə aparırdılar. Bu fikirlər razısız?
- Təbii haldır. Millinin baş məşqçisinin qarşısında oynamaq hər bir futbolçu üçün stimuldur. Son açıqlanan siyahıda hamı gördü ki, özünü yaxşı tərəfdən göstərən futbolçu heyətdə yer ala bilər. Hamı da bunda istifadə etmək istəyir və 2 qat motivasiya ilə oynayır.
- İkinci hissədə aqressiv görünürdün. Bu nə ilə əlaqəli idi?
- Məğlubiyyətlə əlaqədər.
- Oyundan sonra Pərdis-Fərcad Azada əsəbləşdin...
- Əsəbləşdim. Amma kobud formada deyildi. Millidə də birgə çıxış etmişik.
- U-21 millisi ilə bağlı söhbətimiz olmayıb. Yığma komandamız Kosovo və İrlandiyaya qarşı matçlarda yenilgi aldı. İrlandiya ilə qarşılaşmada meydan sahibləri qələbə qolunu 99-cu dəqiqədə vurdu. Necə alındı ki, oyuna 4 dəqiqə əlavə edilsə də, bu, uzun çəkdi...
- Etirazın mənası yox idi. Təəssüf ki, orda uduzduq. Uşaqlar çox yaxşı mübarizə apardılar. Layiq idilər ki, 1 xal qazansınlar. Hətta yaxşı əks-hücumlar da qururduq. Qələbə də qazana bilərdik. Məni sevindirən o oldu ki, futbolçularda istək, əzm var. İrlandiya millisinin heyətində Premyer Liqada, Çempionşipdə çıxış edən futbolçular yer almışdı. Futbolçularımız çəkinmədilər, ürəklə mübarizə apardılar. Bu məqama sevindim. 4-cü dəqiqənin 45-ci saniyəsində Mahir Mədətov zədələnmişdi. Həmin müddətdə 2 dəqiqə fasilə yarandı. Bəlkə də Mahir yerdə qalmayıb, ayağa qalxıb oyuna davam etsəydi, hakim də oyunu bitirəcəkdi. Top da rəqib meydançasında idi. Bu da hakim üçün hücuma şərait verməsi üçün fürsət oldu. Əslində, təhlükəli epizod da yox idi, soyuqqanlı şəkildə topu uzalaşdırdı. Ancaq sonda qapımıza cərimə zərbəsi təyin edildi və qolla nəticələndi. Oyunun gedişində standart vəziyyətlərdə futbolçularımız yaxşı oynamışdılar və təhlükəni aradan qaldırmışdılar. Oyunçulardan çox razı qaldım. Həm ikinci mərtəbədə, həm də təkbətək mübarizələrdə inamlı idilər.
- U-21-də görüləsi işlər daha çoxdur, yoxsa əsas millidə?
- Bir az çətin sualdı. Hazırda iş bu yöndə gedir ki, bütün millilər düzəlməlidir. Ciddi şəkildə iş getməlidi. Sistemli və proqram şəklində işləmək lazımdır. İllər keçdikcə aşağı yaşlardan futbolçular yetişməli və üzə çıxmalıdır. Aşağı yaş qruplarında olan futbolçular taktiki və texniki cəhətdən hazır olmalıdırlar ki, əsas milliyə dəvət alanda tam hazır olsunlar. Bir balaca başa saldıqdan sonra öz oyunlarını oynayacaqlar. Kosovo bizimlə oyun üçün iki gün məşq etmişdi. Onlar yetişən futbolçunun hesabına oynayırlar. Avropada çıxış edən futbolçuları var. İki günə mümkün deyil ki, o cür oyun sərgiləyəsən. Biz də millini o səviyyə çatdırmalıyıq ki, aşağı yaşlardan pillə-pillə əsas milliyə gələn futbolçu Qurban müəllimin dediklərini anlasın.
- Qurban Qurbanov bildirmişdi ki, Rəşad Sadıqov lazım olsa, milliyə geri dönəcək. Son qərar sənə məxsus olacaq. Bu barədə düşünürsən?
- Bu, gündəmdə olan mövzu deyil. Qurban müəllimə də demişdim ki, artıq yığma karyeramı bitirmişəm. Mənə suallar verilirdi ki, millidə müdafiəçi problemi var. Mən də demişdim ki, əgər ehtiyac duyulsa, kritik anda oynamağa hazıram. Bu sözlərin eynisini də Qurban Qurbanov deyib. Əgər lazım olsam, belə olacaq. Hazırda bu, gündəmdə deyil.
- Millətlər Liqasında vəziyyət pis olsa, geri dönərsən?
- Əgər ehtiyac olsa, gələrəm. İnşallah, ehtiyac olmaz. Hər oyundan-oyuna görürəm ki, futbolçular daha da artırırlar və daha həvəsli çıxış edirlər. İlk oyunumuz Kosovo ilə olacaq. Mənə elə gəlir ki, finala bərabər matç olacaq. Son oyunumuz da elə onlarla olacaq. Kosovo evdə də istəkli, aqressiv çıxış edir. Heyətlərində Avropda çıxış edən təcrübəli futbolçular var. Maksimum şəkildə ciddi hazırlaşmaq lazımdır.
saytlarin hazirlanmasi