Pərdis Fərcad-Azad: "Qış fasiləsindən sonra ən yaxşı oyunumuz oldu" MÜSAHİBƏ

22:22 - 1 Aprel 2018

"Keşlə" Topaz Premyer Liqasının 21-ci turunda səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə edib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra qəsəbə klubunun hücumçusu Pərdis Fərcad-Azad jurnalistlərə müsahibə verib. Millimizin sabiq üzvü öncə oyun haqda danışıb:
 
- Yaxşı oynadıq, pressinq edirdik. İstəyirdik ki, “Qarabağ” topa nəzarət etməsin. Təəssüf ki, qələbə qazanmadıq. Amma həqiqtən də yaxşı çıxış etdik.
 
- Adətən komandalar “Qarabağ”a qarşı qapalı oynayırlar. Ancaq “Keşlə” bu gün açıq futbol nümayiş etdirdi.
- Baş məşqçimiz tapşırmışdı ki, “Qəbələ”yə qarşı sərgilədyimiz oyunu nümayiş etdirək. Yuri Maksimov “Qarabağ”a oynamağa imkan verməməyi tapşırdı. İstəyirdik ki, açıq futbol oynayaq. İnşallah belə davam edərik.
 
- Razısan ki, “Keşlə” qış fasiləsindən sonra ən yaxşı oyununu nümayiş etdirdi?
- Bəli. “Qəbələ” ilə də yaxşı oynamışdıq. Ancaq bu, ən yaxşı oldu.
 
- İki dəfə yaxşı vəziyyətdə olan komanda yoldaşların aötürmə vermədin. Hətta sənə etiraz da etdilər.
- Mən hücumçuyam. Cərimə meydançasındayamsa, qapıya zərbə vurmalıyam. Bəlkə də ötürmə verə bilərdim, bilmirəm. Mən forvardam, vəzifəm qol vurmaqdır. Bunu istəyirdim, amma alınmadı. Buna görə mənə irad bildirilmədi. Axı mən zərbə vurdum, sadəcə, qol olmadı.
 
- Paxıl hücumçu olduğunla razılaşırsan?
- Xeyr, paxıl deyiləm. Vurdum, amma alınmadı.
 
- Oyundan sonra Rəşad Sadıqov sənə etiraz edirdi. Nə baş verirdi?
- Mən fikirləşirəm ki, Rəşad bir əsəbləşmişdi. Mənim ona hörmətim var, yaxşı futbolçudur. Aramızda heç nə olmadı. Sadəcə, o, əsəbi idi.
 
- Bu gün 2 xalı “Keşlə” itirdi, yoxsa “Qarabağ”?
- Məncə, layiqli nəticədir. Onların da bizim də qol vəziyyətlərimiz oldu.

Xəbər xətti