Kipr çempionatında 30-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin üzvü Araz Abdullayevin formasını geyindiyi “Anortosis” səfərdə “Omoniya” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Araz matçın 81-ci dəqiqəsində meydana buraxılıb.
Geridə qalan turlarda 63 xal toplamış Famaqusta təmsilçisi hazırda çempionluq uğrunda mübarizə aparan “ilk altılıq”da üçüncü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi