Yuri Maksimov: "Bu məbləğə "Keşlə"də hansısa fırıldaqçı oynayar"

13:05 - 2 Aprel 2018

"Mən bura gələndə komandaya dəvət olunan futbolçulara ödəniləcək məbləği razılaşdırmışdıq. Ancaq müqavilə imzalananda həmin məbləği 10 dəfə azaltdılar".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Yuri Maksimov deyib. Ukraynalı mütəxəssis rəhbərliyin transfer siyasətini tənqid edib:

 

"Avropa Liqasında "Dnepr"in heyətində çıxış etmiş futbolçular orada aldığından azacıq çox pula "Keşlə"yə gəlməyə hazır idilər. Amma onları götürmədilər. Həmin vaxt getmək istədim, futbolçular xahiş etdilər ki, komandanı atıb getməyim. Mən görürəm ki, futbolçu meydanda bacardığından da artıq oynayır. Kimi günahlandırım?"

 

Maksimov bildirib ki, oyunçular videoya baxılaraq götürülüb:

 

"Məbləği o qədər azaltdılar ki, axırda video ilə oyunçu axtarıb-seçdilər. Bu məbləğə kim gəlib oynayar? Ya hansısa fırıldaqçı, ya da çoxdan oynamayan futbolçu. Heç nədən qorxmuram. Gəldiyim kimi də gedə bilərəm. Belə bir şəraitdə komandanı necə sıxa bilərəm? Əksinə, futbolçuların hamısına "çox sağ olun" deyirəm".

Xəbər xətti