Rusiya Premyer Liqasında 24-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” doğma meydanda Moskva ÇSKA-sı ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Ayaz qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
“Rostov” geridə qalan turlarda topladığı 27 xalla 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi