Tərlan Əhmədov Ramil Şeydayevlə bağlı: "Kluba mənim icazəm olmadaın heç kim transfer edilmir" MÜSAHİBƏ

22:18 - 2 Aprel 2018

Azərbaycan Premyer Liqasının 21-ci turunda evdə “Səbail”i məğlub edən (2:0) “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, Əhmədov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

 

- Vacib 3 xal qazandıq. İlk hissədən yox, ikinci hissədən razı qaldım. Fasilə dövründə yoxlama oyunu keçirə bilmədik. Çünki 10 futbolçumuz, həmçinin, 3 qapıçımız millilərin düşərgəsində idi. Emin Mahmudov cəzalydı. İlkin Qırtımov isə xəstə idi, onun qzıdırması vardı. Çətin olacağını bilirdik. Futbolçularımı, azarkeşləri qələbə mübasibətilə təbrik edirəm.

 

- Qışda heyətə cəlb edilən legionerlərin oyunundan razısız? Onlardan bir çoxu əsas heyətə düşə bilmir...
- Mən “qalib heyəti dəyişməzlər” prinsipinə sadiqəm. Məsələn, Mirabdulla Abbasov son oyunlarda yaxşı oyun sərgiləyir, "döyüşür", ona görə, bu futbolçuya şans verməkdə davam edirəm. O ki qaldı legionerlərin əsas heyətdə olmamasına, onlar hamısı səviyyəli futbolçulardı. Çalışacağıq onların formasını bərpa edək.

 

- Soni Mustivar bu gün komandada debüt etdi. Necə təsir bağışladı?
- Mustivar səviyyəli futbolçudu. Vaxtilə Rumıniyada “Petrolul”da kapitan olub, MLS-də çıxış edib. Həm o, həm də digər futbolçuları bu mövsümdə sınayıb baxacağıq. Bundan sonra növbəti mövsümdə kimlərlə çıxış edəcəyimizə qərar verəcəyik.

 

- “Qəbələ” çempionatda yenə xal itirdi. Bu komanda kubokda rəqibinizdi...
- Həm kubokda, həm çempionatda sona kimi mübarizə aparacağıq. Belə bir söz deyirlər ki, guya mən avrokuboklara vəsiqə qazanmağa söz vermişəm. Mən belə bir söz verməmişəm. Komanda Avroliqaya vəsiqə qazanıb, orda 2 mərhələ keçəndən sonra uduzacaqsa və bununla tənqidlərə məruz qalacamsa, mənə lazım deyil.

 

- Ramil Şeydayevin növbəti mövsümdə “Neftçi”yə keçəcəyi deyilir...
- Həmişə demişəm, indi də deyirəm, kluba mənim icazəm olmadan heç kim transfer edilmir. Ramil isə mənim transfer siyahımda yoxdu. (Komanda.az)

Xəbər xətti