Türkiyəli idman yazarı Beytullah Sürat Türkiyə Futbol Federasiyasında gənc oyunçuların inkişafı üzrə direktoru və aşağı yaş qruplarının cavabdehi olan Tolunay Kafkasla görüşüb.
Sportal.az xəbər verir ki, həmkarımız "Bursaspor"un Hollandiya I Divizionunda çıxış edən "Valveyk" klubuna icarəyə verdiyi U-21 millimizin üzvü Ozan Can Kökcüylə bağlı söhbət edib. Türkiyədə tanınmış mütəxəssis olan Kafkas gənc vingerlə bağlı müsbət fikirlər səsləndirib və onu Türkiyə millisinə qazandırmaq arzusunda olduğunu deyib: "Ötən günlərdə Hollandiyaya getdim. "Valveyk"də icarədə çıxış edən Ozan Can Kökcünün ailəsi ilə görüşdüm. İstedadlı futbolçudur. Milli komandamıza bu oyunçunu qazandırmaq istəyirəm".
Qeyd edək ki, 19 yaşlı futbolçu ötən ildən U-21 millimizə dəvət alır. O, millimizdən imtina etsə də, Rəşad Sadıqovun yığmaya gəlişindən sonra qərarını dəyişmişdi.
saytlarin hazirlanmasi