"Real"ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının 1/4 finalında "Yuventus"a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra vurduğu 2-ci qolla bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, Ronaldo AÇ-2008-in seçmə mərhələsində Azərbaycan millisinin qapısına vurduğu, lakin hakim tərəfindən qeydə alınmayan qolu da xatırlayıb:
"Bir dəfə də belə qol vurmuşdum. 2006-ci ildə keçirilən görüşdə top qapı tirinə dəyərək xətti keçsə də, hakim mərləzi göstərmədi. “Yuventus”a vurduğum bu qol isə mənim ən gözəl qolumdur”.
Qeyd edək ki, 2006-cı ildə oktyabrın 6-da baş tutan görüşdə Portuqaliya yığmamıza 3:0 hesabıyla qalib gəlmişdi. Ronaldo həmin görüşdə dubla imza atmışdı. Digər qolu isə Rikardo Karvalyo vurmuşdu.
saytlarin hazirlanmasi