Türkiyı BAL Liqasında mövsümə yekun vurulub.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Röyal Nəcəfovun şərəfini qoruduğu "Ağrıspor" 1-ci qrupun qalibi olub. Ağrı təmsilçisi yüksək liqaya vəsiqə qazanmaq üçün pley-off-da iştirak edəcək.
Mövsüm Röyal Nəcəfov üçün də uğurlu olub. Belə ki, hücumçu meydana çıxdığı 22 matçda 16 qol vurmaqla 1-ci qrupun "qol kralı" olub. O, bu qollardan 7-ni "Malatya Yeşilyurtspor"da, 9 qolu isə "Ağrıspor"un heyətində vurub.
Qeyd edək ki, bu, təcrübəli forvardın karyerası ərzində ikinci bombardirliyidi. Belə ki, Nəcəfov 2015/2016-cı il mövsümündə 24 qolla Azərbaycan I Divizionunun ən sərrast futbolçusu olmuşdu.
saytlarin hazirlanmasi