Futbol üzrə Çexiya gənclər liqasında XXII turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Rövlan Muradovun formasının geyindiyi "Slaviya"nın U-21 komandası doğma meydan matçına çıxıb.
Praqa təmsilçisi öz meydanında çempionatın lideri, eyni şəhərin təmsilçisi "Sparta"nı qəbul edib. Praqa derbisi 4:4 hesablı bərabərliklə başa çatıb.
Millimizin üzvü bu görüşün iştirakçısı olub. Oyuna start heyətində başlayan "Qəbələ" Futbol Akademiyasının yetirməsi 81 dəqiqə meydanda olub. O, matçda özünü ən yaxşı tərəfdən göstərməyi bacarıb. Belə ki, komandasının ilk qolunun ötürməsini Rövlan verib. O, həmçinin komandasının sonuncu qolunun müəllifi olub.
Qeyd edək ki, 22 turdan sonra aktivində 30 xal olan "Slaviya" turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi