Rüfət Dadaşovun yeni klubu məlum oldu

10:28 - 6 Aprel 2018

Almaniyanın Regional Liqasında mübarizə aparan Berlin "Dinamo"sunda çıxış edən millimizin sabiq üzvü Rüfət Dadaşov yeni klubla anlaşıb.

 

Sportal.az xəbər verir ki, bu mövsüm sərgilədiyi oyunla diqqət çəkən forvard 3-cü Bundesliqada çıxış edən “Proyssen” klubu ilə iki illik saziş bağlayıb.

 

"Dinamo" ilə yayda müqaviləsi başa çatacaq 27 yaşlı hücumçu yeni komandasına azad agent statusu kimi qoşulacaq.

 

Qeyd edək ki, Dadaşov hazırda 23 qolla Şimal Şərq Regional Liqasında bombardirlər yarışına başçılıq edir.

Xəbər xətti