Zimbabveli futbolçunun "Qarabağ" qərarı

13:24 - 6 Aprel 2018

Cənubi Afrikanın “Mamelodi Saundaunz” klubunda oynayan Xama Billiat yenidən "Qarabağ"ın transfer hədəfində yer alıb.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı hücumçu ilə "Qarabağ"a keçmək qərarını verib. Bu barədə CAR mətbuatı məlumat yayıb.

 

Universallığı ilə seçilən, hər iki ayağı işlən olan Zimbabve millisinin üzvü hücumun cinahlarında və mərkəzində oynayır.

 

Qeyd edək ki, 2013-cü ildən "Mamelodi Sandaunz"un formasını geyinən Xama Billiatın müqaviləsi mövsümün sonunda başa çatır.

Xəbər xətti