"Sumqayıt" Premyer Liqanın 22-ci turunda səfərdə "Neftçi"nin qonağı olacaq.
Sportal.az komandalr arasındakı qarşılaşmalardakı statistikalarını nəzərinizə çatdırır:
1. Komandalar Azərbaycan çempionatlarında 23 dəfə qarşılaşıblar.
2. “Sumqayıt” FK “Neftçi” ilə qarşılaşmalardan 9 qələbə, 2 heç-heçə və 12 məğlubiyyətlə ayrılıb.
3. Komandalar arasındakı top fərqi 28-37 rəqib komandanın xeyrinədir.
4. Amil Yunanov “Neftçi” ilə qarşılaşmalarda ən çox qol vuran futbolçumuzdur (4 qol).
5. "Sumqayıt" FK son 5 ev oyununda “Neftçi”ni məğlubiyyətə uğradıb.
Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" qarşılaşması 8 aprel, saat 18:30-da "Bakcell Arena"da keçiriləcək. Oyun CBC Sport telekanalı ilə canlı yayımlanacaq.
saytlarin hazirlanmasi