Bu gün Topaz Premyer Liqasında 22-ci tura start veriləcək.
Sportal.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.
Turun açılış matçı Gəncədə olacaq. Autsayderlərin qarşılaşmasında “Kəpəz” “Keşlə”ni qəbul edəcək.
Günün digər matçında isə lider “Qarabağ” Premyer Liqanın debütantı “Səbail”i qəbul edəcək.
Tura sabah keçiriləcək iki matçla yekun vurulacaq.
15:00 “Kəpəz” – “Keşlə” - 1:1
Qollar: Dario Frederiko, 45 - Vaqif Cavadov, 25
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, İsgəndər Əliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Gəncə şəhər stadionu
17:30 “Qarabağ” – “Səbail” 1:0
QOL: Riçard ALmeyda, 31 (pen)
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Elşən Acalov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Məlik Həsənov
“Azersun Arena”