Avstriyanın Şərq Regional Liqasında 26-cı turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin formasını geyindiyi Vyana “Qarabağ”ı səfərdə “Parndorf”la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 3:1.
Emil bu görüşün iştirakçısı olmayıb. Elvinlə Dmitri isə start heyətdə meydana çıxıb. Bədəlov sonadək oynayıb, Nağıyev isə 69-cu dəqiqədə əvəzlənib.
“Qarabağ” hazırda 31 xalla 17 komanda arasında 8-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi