Uqanda millisinin üzvü: "Səbail"ə gəldiyim üçün peşman deyiləm" MÜSAHİBƏ

21:21 - 7 Aprel 2018

"Səbail" Topaz Premyer Liqasının 22-ci turunda səfərdə "Qarabağ"a 0:1 hesabıyla uduzub.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Səbail"in hücumçusu Faruku Miya jurnalistlərə müsahibə verib. Uqandalı forvard öncə oyun haqda danışıb:

 
- “Qarabağ” qalib gəldi, amma onlar üçün asan olmadı. Rəqibimiz böyük komandadır. “Səbail” isə yeni komandadır. Bilmirəm ki, orada penalti var idi, yoxsa yox. Əgər hakim belə qərar veribsə, haqlıdır. Futbolda hər şey ola bilər. “Qarabağ” güclüdür. Amma 90 dəqiqə ərzində bir qol vurdular, o da penaltidən. Meydan düz, top yumrudur. Şərait hər iki komanda üçün eynidir. Yəni, hər şey baş verə bilər.
 
- “Standartd”dan “Səbail”ə gəlməkdə peşman deyilsən? Hər halda Belçikada futbolun səviyyəsi Azərbaycandan qat-qat üstündür...
- Qətiyyən peşman deyiləm. Bu addımı atdım və qürur duyuram ki, “Səbail”dəyəm.
 

- Bura gələndə bildirmişdin ki, daha münasib çempionata getmək üçün bu addımı atmısan. Azərbaycanda bu necə reallaşa bilər?

- Bu, çox şeydən asılıdır. 7 oyun keçirmişik və mən 6 qarşılaşmada oynamışam. Mövsümün sonunda baxacağıq.
 
- Uqandada səndən harda çıxış etdiyini soruşanda Azərbaycan adına qəribə yanaşmırlar?
- Azərbaycan haqda danışanda ilk olaraq “Qarabağ”ı düşünürlər. Çünki bu komanda Çempionlar Liqasında oynayıb. Mən bura gələndə düşünürdüm ki, ərəb ölkələri kimi olacaq. Amma gördüm ki. burda olan şərait daha yaxşıdır. Ona görə də özümü xoşbəxt hiss etdim.
 
- 26 illik Azərbaycan çempionatında çıxış edən ilk uqandalı futbolçu oldun. Bu barədə bilgin var idi? Əgər məlumatın varsa, bu, sənin üçün nə dərəcədə önəm kəsb edir?
- Xoşbəxtəm ki, burdayam. Yeni təcrübə yaşayıram. İlk uqandalı kimi burada çıxış edirəm. Yeni futbolçular və çempionatla tanış oluram.
 
- Azərbaycan dilində hansı sözləti bilirsən?
- “Salam”, “sağ ol” sözlərini bilirəm. Bəzi sözlər yadımdan çıxıb.
 
- Baş məşqçi çox tələbkardır?
- Deyə bilmərəm ki, aqressivdir. Amma qalib gəlmək istəyən məşqçi futbolçulardan tələb etməldir.

Xəbər xətti