"Sumqayıt"ın yarımmüdafiəçisi Kamal Mirzəyev Sportal.az-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Komadanı "Neftçi" ilə 6 xallıq oyun gözləyir. Oyuna nə dərəcədə hazırsız? "Sumqayıt" məğlubiyyətsizlik seriyasını davam etdirə biləcəkmi?
- Oyunun məsuliyyətini yaxşı dərk edirik. Uğurlu çıxışımızı davam etdirmək istəyirik. Matça tam hazırıq.
- Premyer Liqada komanda sonuncu dövrəyə 3-cü pillədə yollandı. Uğurlu çıxışınız sirri nədir?
- Komandada nizam-intizam var. Futbolçular hər oyuna istəkli və əzmlə çıxır. Kollektiv oyun nümayiş etdirərək bu yerə gəlmişik. Məncə, uğur qazanmağın vacib şərtləri bunlardır.
- “Sumqayıt” kubokda finala irəliləmək üçün və Premyer Liqada ilk üçlükdə yer almağa kifayət edəcək gücə sahibdir?
- Əlbəttə, kuboka da ciddi yanaşırıq. Hər iki cəbhədə mübarizə aparacağıq. Buna gücümüz var.
- Ümumiyyətlə, 3-cü pilləni əldə saxlamaq çətin olmayacaq ki?
- İrəli baxırıq. Çalışacağıq ki, bu yeri qoruyaq və daha da yaxşılaşdıraq.
- Komanda daxilində avrokuboklar nəfəsi hiss olunurmu?
- Bura qədər gəlib, yolu yarıdan qayıtmaq istəmirik. Hədəfimiz irəli getməkdir.
- Aprel ayında çempionat oyunları ilə yanaşı, kubok matçları da baş tutacaq. İki cəbhədə mübarizə aparmağa konsentrasiya ola biləcəksiz?
- Fikrimcə, bu daha yaxşıdır. Üç gündən bir oyun olacaq və bu da xeyrimizədir. Hər iki cəbhədə "vuruşacağıq".
- Son siyahıda “Sumqayıt”dan 4 futbolçu milliyə dəvət aldı. Yəqin ki, hər bir futbolçu kimi səndə də inam və istək artıb...
- Milli hamı üçün açıqdır. Güclü olmalı və ora düşmək lazmdır.
saytlarin hazirlanmasi