Rusiyalılar Ramil Şeydayevə görə FIFA-ya şikayət etdi

01:27 - 8 Aprel 2018

Rusiyanın "Zenit” klubu millimizin üzvü, hazırda "Qarabağ"da icarə əsasında çıxış edən Ramil Şeydayevə görə "Trabzonspor”u FIFA-ya şikayət edib.

 

Sport.az xəbər verir ki, məlumatı “Trabzonspor”un 73-cü Baş Assambleyasında açıqlayıblar. Qaradəniz təmsilçisi 22 yaşlı hücumçunu 2016-cı ildə azad agent statusu ilə transfer edib. Sankt-Peterburq təmsilçisi isə öz yetirməsinə görə yetişdirmə haqqı tələb edir.

 

Xatırladaq ki, "Trabzonspor” Şeydayevi ötən mövsüm "Jilina"ya, bu mövsüm isə "Qarabağ"a icarəyə verib.

Xəbər xətti