Çernoqoriya çempionatında 28-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun bu qış transfer olunduğu “Deçiç” klubu səfərdə “Zeta” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
Tural qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, “Deçiç” geridə qalan turlarda cəmi 20 xal toplayıb və 10 iştirakçı arasında sonuncudu.
saytlarin hazirlanmasi