İspaniya Birinci Divizionunda (Sequnda) 34-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun komandası “Alkorkon” doğma meydanda “Numansiya” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Eddi bu görüşü sonadək ehtiyatdan izləyib.
“Alkorkon" geridə qalan turlarda 41 xal toplayıb və hazırda 22 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi